"20 Yanvar" stansiyasında YANĞIN 

Hazırda oxunan: "20 Yanvar" stansiyasında YANĞIN 

146618

Bakı metropoliteninin "20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb. 

"Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir", - deyə B. Məmmədov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO