Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq

Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq

Hazırda oxunan: Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq

146520
Yaxın gələcəkdə Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq.
xa0
APA-nın məlumatına görə, bunu “Naxçıvan Dəmir Yolları”x9d Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında açıqlayıb.
xa0
“Naxçıvan Dəmir Yolları”x9d Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2016-cı ilin 6 ayı ərzində dəmir yolunda sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edildiyini nəzərə çatdıran M. Əliyev deyib ki, Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri həyata keçirilib. Cari il mart ayının 3-də “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə İran Dəmir Yollarının idarə heyəti arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılaraq müvafiq razılaşma əldə olunub. Növbəti mərhələdə isə istismara buraxılacaq bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dəmir yolunun iqtisadi potensialını xeyli artıracaq: “Bunlarla yanaşı, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO