Xəzər rayonunda 37 yaşlı qadın itkin düşdü

Xəzər rayonunda 37 yaşlı qadın itkin düşdü

Hazırda oxunan: Xəzər rayonunda 37 yaşlı qadın itkin düşdü

146515

Xəzər rayonunda 37 yaşlı qadın itkin düşüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, 1986-ci il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib.

Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160-sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.
Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin 012-590-72-03, 055-207-08-88, 070-270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO