Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

Hazırda oxunan: Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

146502

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il iyulun 16-da hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunur.

Birinci növbə imtahan saat 9:00-da başlanıb və 13:00-da bitib. İkinci növbə imtahan 15:00-da başlanır.
İmtahanı bitirdikdən dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunur. 60 və daha yüksək bal toplayanlar növbəti mərhələyə buraxılır.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 17-19 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO