6 ay ərzində 9000-ə yaxın cinayət hadisəsi QEYDƏ ALINIB

6 ay ərzində 9000-ə yaxın cinayət hadisəsi QEYDƏ ALINIB

Hazırda oxunan: 6 ay ərzində 9000-ə yaxın cinayət hadisəsi QEYDƏ ALINIB

146375

Bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 552 cinayət hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onların 88,5 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO