İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirir.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Aparatın əməkdaşları DİN-in Daxili Qoşunlarının Sumqayıt şəhərində və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.
Baxış zamanı Aparatın əməkdaşlarına komandanlıqlar tərəfindən müvafiq olaraq hərbi hissələr haqqında məlumat verilib.
Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə işləyən mülki şəxslərlə də görüşüb və onların fikirləri dinlənilib.
Gələcəkdə bu cür tədbirlərin Daxili Qoşunların, Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, həmçinin razılaşdırılmış tədbirlər planına müvafiq olaraq Müdafiə Nazirliyinin də hərbi hissələrində həyata keçirilməsi davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:34 / 13.03.2021
DİN və FHN-nin hərbi hissələri təftiş edildi - SƏBƏB
Hazırda oxunan: DİN və FHN-nin hərbi hissələri təftiş edildi - SƏBƏB
Hazırda oxunan: DİN və FHN-nin hərbi hissələri təftiş edildi - SƏBƏB
14632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.