İlkin Kainatla müqayisədə zaman axını SÜRƏTLƏNİB

İlkin Kainatla müqayisədə zaman axını SÜRƏTLƏNİB

Hazırda oxunan: İlkin Kainatla müqayisədə zaman axını SÜRƏTLƏNİB

146306

Avstraliyanın Sidney və Oklend Universitetinin astrofizikləri 200-ə yaxın kvazarı araşdıraraq zamanın ilkin Kainatda 5 dəfə yavaş axdığı qərarına gəliblər.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, biz çox uzaq və keçmişdə qalmış Kainatın daha yavaş hərəkət etdiyini görməliyik. Kainatın genişlənmə sürəti zamanın axınında onun ləngiməsi ilə əks olunur.

Bu qədər keçmişə birbaşa baxmaq mümkün olmasa da, alimlər zamanın axınını izləmək üçün kvazarlardan “saat” kimi istifadə edərək bu nəzəriyyəni təsdiq ediblər.

Kvazarlar ilk qalaktikaların mərkəzində fəal superkütləli qara dəliklərin maddə akresiyası nəticəsində ayrı-ayrı ulduzlardan milyonlarla dəfə daha parlaq parlayan obyektlərdir.

Tədqiqatçılar iyirmi il ərzində astronomik müşahidələr zamanı toplanmış, yaşı 2.47-12.17 milyard il olan 190 kvazar üçün müşahidə məlumatlarını tədqiq ediblər.

Tədqiqat qrupu hər bir kvazarı müxtəlif diapazonda araşdıraraq bütün kvazarlar üçün zamanın axınını standartlaşdırmağa nail olub.

Nəticədə alınıb ki, Kainatın genişlənməsinin sürətlənməsinə görə biz uzaqda olan kvazarların davranışındakı dəyişikliklərin, bizə yaxın olanlardan daha yavaş baş verdiyini görürük.

Sidney Universitetinin professoru Gerant Lyuisin sözlərinə görə, Kainatın yaşının bir milyard ildən bir qədər artıq olduğu bir dövrə nəzər salsaq, zamanın beş dəfə daha yavaş axdığını görürük:

“Əgər siz bu körpə Kainatda olsaydınız, 1 saniyə 1 saniyə kimi görünərdi, amma bizim mövqeyimizdən baxanda - 12 milyard ildən çox yaşı olan gələcəkdə, bu vaxt uzanır”.
Kainatdakı məkan və zaman ayrılmaz şəkildə bağlıdır.

Kosmosun genişlənməsi səbəbindən uzaqdan gələn işıq da “dartılır” və məsafə artdıqca qırmızı dalğa uzunluğuna doğru sürüşür. Bu hadisə Dopler effekti adlanır. Nəticədə obyekt bizdən nə qədər uzaqlaşırsa, hadisələri bir o qədər ləngiyən zaman axınında müşahidə edirik.

Kvazarların tədqiqatının nəticələri göstərir ki, erkən kainatın bu parlaq obyektləri Böyük Partlayışdan (13.8 milyard il əvvəl baş verib) sonrakı ilk milyard ili qiymətləndirmək üçün standartlaşdırılmış “saat” roluna uyğun gəlir.
Tədqiqat işi bağlı elmi məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO