İmtahanla bağlı yayılmış səs yazısı həqiqəti əks etdirmir - İnsan Resursları Mərkəzi

İmtahanla bağlı yayılmış səs yazısı həqiqəti əks etdirmir - İnsan Resursları Mərkəzi

Hazırda oxunan: İmtahanla bağlı yayılmış səs yazısı həqiqəti əks etdirmir - İnsan Resursları Mərkəzi

146295

 “İyulun 14-də Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarına dair sosial şəbəkələrdə səs yazısı yayılıb. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu səs yazısı həqiqəti qətiyyən əks etdirmir”.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin iyulun 14-də təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanları ilə bağlı məlumatında deyilir.

"İmtahan prosesində ləngimə və namizədlərin əlavə stres yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunmuşdur.

Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməmişdir.

Bir daha xatırlatmaq istəyirik ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır.

Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar", - məlumatda bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO