Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisələrini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə RPİ-nə mart ayının 1-də bir nəfər maskalı, naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticə M.İsmayılovun daha bir anoloji cinayət hadisəsini törətməsi aşkar edilib.
Belə ki o, mart ayının 8-də əlində eyni çapacaq və oyuncaq tapanca ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb etmiş, lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.
34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən M. İsmayılov barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:05 / 13.03.2021
Maskalı şəxs çörək sexinə basqın etdi - Gəncədəki hadisənin GÖRÜNTÜLƏRİ - FOTO
Hazırda oxunan: Maskalı şəxs çörək sexinə basqın etdi - Gəncədəki hadisənin GÖRÜNTÜLƏRİ - FOTO
Hazırda oxunan: Maskalı şəxs çörək sexinə basqın etdi - Gəncədəki hadisənin GÖRÜNTÜLƏRİ - FOTO
14620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.