Bakıda şam ağaclarının kəsilməsi REZONANS DOĞURDU

Bakıda şam ağaclarının kəsilməsi REZONANS DOĞURDU

Hazırda oxunan: Bakıda şam ağaclarının kəsilməsi REZONANS DOĞURDU

146096

Bakıda tikinti şirkəti tərəfindən şam ağaclarının kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospektində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə tikinti işləri aparan "Ay İnşaat" MMC tərəfindən iki şam ağacının kəsildiyi müəyyən olunub.

"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO