Lökbatanda ƏMƏLİYYAT: 14 nəfər tutuldu - VİDEO

Lökbatanda ƏMƏLİYYAT: 14 nəfər tutuldu - VİDEO

Hazırda oxunan: Lökbatanda ƏMƏLİYYAT: 14 nəfər tutuldu - VİDEO

146022

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib.

Onların hər biri barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO