Ata qızı üçün bəysiz TOY ETDİ – FOTO  

Ata qızı üçün bəysiz TOY ETDİ – FOTO  

Hazırda oxunan: Ata qızı üçün bəysiz TOY ETDİ – FOTO  

146004

Hatayın Payas rayonunda yaşayan əlil qızının gəlinlik geyinmək arzusunu reallaşdıran ata, qızının toyunda təsirli anlar yaşayıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hatayın Payas rayonunda yaşayan Gökhan və Ayşe Ulaşlı həyatlarını əqli və fiziki qüsurlu qızları 22 yaşlı Ümmü Gülsümə həsr ediblər. 

“Qızımın xoşbəxtliyi mənim xoşbəxtliyimdir” deyən Gökhan Ulaşlı qızını xoşbəxt etmək üçün əlindən gələni edir.  

Qızının bir çox arzularını reallaşdıran ata, nəhayət ki, övladının gəlinlik geyinmək arzusunu da  reallaşdırıb.Hər şey ənənələrə  uyğun hazırlanıb, cehiz alınıb və təmtəraqlı toy çalınıb. Atanı ən çox xoşbəxt edən isə qızı ilə qarşılıqlı rəqs etmələri olub.  

Toyda qonşular, qohumlar iştirak edib. Bəysiz toyda musiqilər səslənib, halay çəkilib, havaya pullar atılıb. 

Gökhan Ulaşlı qızının bütün istəklərini yerinə yetirməyə can atdığını deyib: 

“Ümmü Gülsüm qızım narahatdır. O, həm əqli, həm də spastik əlildir və danışa bilmir. Bütün psixologiyası pozulduğu üçün nə istəsə, onu da edirəm. Onun xoşbəxtliyi mənim xoşbəxtliyimdir. 
Arzusu gəlinlik geyinmək və belə təmtəraqlı toyu olmaq idi. Mən də bunu etdim. Ümmü Gülsümün üçüncü xahişi üçün Prezidentimizi görmək istəyirəm, buna can atıram. Qızıma dəstək olmağa çalışıram ki, xoşbəxt olsun”. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO