Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara ÇATDIRILIB

Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara ÇATDIRILIB

Hazırda oxunan: Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara ÇATDIRILIB

145969

Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olarkən bildirilib.

Qeyd edilib ki, vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb.
Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir.

Layihəyə əsasən bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO