“Air Astana” aviaşirkətinin Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
“Airbus A320neo” təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:39 / 12.07.2023
Şarm-əl-Şeyx-Atırau reysli təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ - SƏBƏB
Hazırda oxunan: Şarm-əl-Şeyx-Atırau reysli təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ - SƏBƏB
Hazırda oxunan: Şarm-əl-Şeyx-Atırau reysli təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ - SƏBƏB
145912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.