Bu il tikinti-quraşdırma işlərinə 5 milyard 48,7 milyon manat sərf olunub

Bu il tikinti-quraşdırma işlərinə 5 milyard 48,7 milyon manat sərf olunub

Hazırda oxunan: Bu il tikinti-quraşdırma işlərinə 5 milyard 48,7 milyon manat sərf olunub

145872

2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7 milyard 148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artıb.

İstifadə olunmuş vəsaitin 4 milyard 322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 48,7 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 33,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4 faiz, digər vəsaitlər isə 7,0 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO