Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri ARTIRILDI  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri ARTIRILDI  

Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri ARTIRILDI  

145868

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri artırılıb. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. 

Fərmana əsasən, aşağıdakı bəndlər Nazirliyin vəzifələrinə əlavə edilib: 

“- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək; 

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək; 

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək; 
- himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO