Son günlər qarpızın qiymətində bir qədər bahalaşma müşahidə olunur. Belə ki, ötən həftənin sonlarına qədər 0.50 AZN olan qarpızın iki gündür 0.60-0.70 AZN arasında dəyişir.
Bəs, bahalaşma mövsümün erkən başlaması, yoxsa başqa amillərlə bağlıdır?
Bizim.Media-ya danışan iqtisadçı-ekspert Xalid Kərimli də bazarda bahalaşmanın müşahidə edildiyini söyləyib.
Onun fikrincə, əslində mövsüm yeni başladığı üçün qiymətinin aşağı düşməsini gözləmək olardı:
“Adətən iyulun 15-dən başlayaraq, avqustun 15-nə qədər təklif çoxalır. Amma çox maraqlıdır ki, iyun ayında qarpızın qiyməti daha ucuz idi”.
Ölkəmizin istehlak bazarının rəqabətyönümlü, yəni qiyməti tənzimlənən bazar olmadığını deyən X.Kərimli, bunun səbəbini qiymət siyasəti ilə əlaqələndirib:
“Hökumət nə qiyməti tənzimləyir, nə də dolayı və ya birbaşa təsir göstərir. Bu bazar tələb və təklifə əsaslanaraq fəaliyyət göstərir. Təklif çox olarsa, yəni tələbi üstələyərsə, qiymətlər də aşağı düşür. Yaxud da əksinə olarsa, qiymətlər qalxır. Son günlər qarpızın balahaşması da göstərir ki, təklif tələbi üstələyib. İş orasındadır ki, bir ay əvvəlki istehsal xərcləri artmayıb, əksinə, indi məhsul daha çox yığıldığı üçün təklif daha çox olmalıdır. Bəllidir ki, fermerlər məhsulu daha tez yetişdirmək üçün əlavə xərclərlə üzləşirlər”.
Müsahibimiz bununla belə, yaxın günlərdə qarpızın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb:
“Bir və ya iki həftə ərzində qiymətlər yenidən ucuzlaşaraq əvvəlki səviyyəsinə düşəcək. Mövsüm başladıqdan sonra isə qiymət daha aşağı olacaq və təklif tələbi üstələyəcək”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 12.07.2023
Mövsümü yaxınlaşdıqca qarpızın qiyməti BAHALAŞIR – Səbəb NƏDİR?
Hazırda oxunan: Mövsümü yaxınlaşdıqca qarpızın qiyməti BAHALAŞIR – Səbəb NƏDİR?
Hazırda oxunan: Mövsümü yaxınlaşdıqca qarpızın qiyməti BAHALAŞIR – Səbəb NƏDİR?
145852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.