Oğuzda 3 maşın TOQQUŞDU: Xəsarət alan var 

Oğuzda 3 maşın TOQQUŞDU: Xəsarət alan var 

Hazırda oxunan: Oğuzda 3 maşın TOQQUŞDU: Xəsarət alan var 

145845

Oğuzda baş verən qəzanın ilkin təfərrüatları bilindi. 

Bu gün Oğuz rayon ərazisində üç müxtəlif markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu rayon hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, qəzaya səbəb “Chevrolet” markalı avtomobilin ötmə zamanı yol-hərəkət qaydalarına əməl etməməsi, qarşıdan gələn “VAZ-2107” minik maşınının qarşısına çıxması nəticəsində baş verib. 

Bu zaman hərəkətdə olan digər avtomobil də qəzadan yayına bilməyib. Beləcə, üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari qəzada bir nəfər xəsarət alıb. Bu, “VAZ”ın sürücüsü, Şəki rayon sakini Elvin Əliyevdir. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Yaxın saatlarda E.Əliyevin Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriləcəyi, müalicə və müayinəsinin orada davam etdiriləcəyi bildirilir. 

Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verən qəzanın təfərrüatları müvafiq orqanlar tərəfindən araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO