Araz çayında batan ata və oğlunun meyiti TAPILDI - YENİLƏNİB

Araz çayında batan ata və oğlunun meyiti TAPILDI - YENİLƏNİB

Hazırda oxunan: Araz çayında batan ata və oğlunun meyiti TAPILDI - YENİLƏNİB

145688

İyulun 11-də Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin (biri uşaqdır) batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*** 17:13

Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən xəbərə görə, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin meyiti FHN dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

*** 16:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO