İlham Əliyev Roma Papasına məktub yazdı

İlham Əliyev Roma Papasına məktub yazdı

Hazırda oxunan: İlham Əliyev Roma Papasına məktub yazdı

14560

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

Bizim.Media-nın xəbərinə görə, məktubda deyilir:

 

"Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.


Bu gün Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin yüksək səviyyəsi məmnunluq doğurur.

Tolerantlıq və multikultural dəyərləri həyat tərzi kimi qəbul edən Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə yönəlmiş bu əlaqələrin daha da genişlənməsinə xüsusi əhəmiyyət verir.

Keçən il Vatikanda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini ən gözəl təəssüratlarla xatırlayır, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə verdiyiniz yüksək qiymətə görə təşəkkürümü bildirirəm.

Dünyanı bürümüş COVID-19 virusu ilə mübarizə apardığımız bu mürəkkəb dövrdə bəşəriyyət tərəfindən qarşılıqlı anlaşma, dəstək, həmrəylik və humanizm kimi ülvi dəyərlərin səfərbər edilməsi vacibdir.

 

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına, dini və mədəni irsin qorunmasına, ümumbəşəri dəyərlərin təntənəsinə xidmət edəcəkdir.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda müvəffəqiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO