Qənirə Paşayeva Sudan və Uqanda nazirləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Sudan və Uqanda nazirləri ilə Qarabağdan danışıb

Hazırda oxunan: Qənirə Paşayeva Sudan və Uqanda nazirləri ilə Qarabağdan danışıb

145589

xa0Millət vəkili Qənirə Paşayeva Sudanın Sərmayələr naziri Osama Faisal Elsayed, Uqandanın nazirləri Musumba İsaak, Namuganza Persis və millət vəkili Anita Among Annet ilə görüş zamanı Azərbaycanın Sudan xa0və Uqanda ilə dostluğun inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanla bağlı, onun iqtisadi inkişafına dair və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.xa0

Q.Paşayeva Sudan və Uqanda nazirləri və millət vəkillərinə xa0Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs xa0Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar”x9d.xa0

Millət vəkili Q.Paşayeva Sudanın Sərmayələr naziri Osama Faisal Elsayed, Uqandanın nazirləri Musumba İsaak,Namuganza Persis və millət vəkili Anita Among Annetə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi xa0vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri”x9d filmləri kataloqunu da təqdim edib.Sudanın Sərmayələr naziri Osama Faisal Elsayed, Uqandanın nazirləri Musumba İsaak,Namuganza Persis və millət vəkili Anita Among Annet xa0ölkələrinin Azərbaycanla dostluğun inkişafında xa0maraqlı olduğunu və buna böyük önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıblar və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Sudan və Uqandanın bir sıra mətbuat və media qurumlarına geniş müsahibələr də verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO