“Azəriqaz”dan YENİLİK - Abonentlərə SMS göndəriləcək

“Azəriqaz”dan YENİLİK - Abonentlərə SMS göndəriləcək

Hazırda oxunan: “Azəriqaz”dan YENİLİK - Abonentlərə SMS göndəriləcək

14557

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır.

Bu barədə Bizim.Media-ya “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, hazırda bu istiqamətdə Birliyin müvafiq strukturlarında proqramlaşdırma işləri icra edilməkdədir.

 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz” qarlı havaya hazırlıqlıdır? - CAVAB


Qaz sızması, qəzalar, təmir-tikinti, yeni yaşayış məntəqəsi və yeni tikililərin şəbəkəyə qoşulması və digər hallarda işlərin görülməsi üçün qaz təchizatında müvəqqəti fasilənin olması zəruridir.

Bu halda abonentlərin əvvəlcədən daha operativ məlumatlandırılması üçün SMS bildirişlərin göndərilməsi məqbul sayılıb.

Bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO