Şəkidə palçıqlı su xarici turistlərin gözü ilə...- FOTO

Şəkidə palçıqlı su xarici turistlərin gözü ilə...- FOTO

Hazırda oxunan: Şəkidə palçıqlı su xarici turistlərin gözü ilə...- FOTO

145532
Şəki sakinlərinə palçıqlı su verilir.xa0

Şəkidə olan mənbəmizdən əldə etdiyimiz məlumata görə, hazırda rayon əhalisi demək olar ki, su əvəzi palçıqdan istifadə edir.xa0

Sakinlər yaranmış vəziyyətdən narazılıqlarını bildirirlər. Aidiyyatı qurumları tədbirlər görməyə səsləyir və bu rüsvayçı vəziyyətə son vermələrini istəyirlər.

xa0Sakinlər Moderator.az vasitəsilə problemlərinin tez bir zamanda həll olunması üçün Şəki Rayonu İcra Hakimiyyətindən və Azərsu ASC-dən kömək istəyiblər.

Diqqətçəkən digər məqam isə Şəkidə olan xarici turustlərin maraqla palçıq fəvvarələrini, küçələrdə, parklarda və həyətlərdə içməli su krantlarından süzülən palçıqlı suyu əllərində olan imkanlardan istifadə edərək, telefon və kameraların yaddaşına köçürmələri olub. Onlarxa0Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin su təchizatının bu cür acınacaqlı vəziyyətdə olmasından heyrətləndiklərini bildiriblər.

Əlbəttə, həyat mənbəyi olan suyun bu cür çirkli olması böyükdən tutmuş uşağadək hər kəsin sağlamlığına ciddi təhlükədir. Bu sudan istifadə isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına rəvac verə bilər. Ona görə də ümid edirik ki, aidiyyatı qurumlar qısa zaman ərzində problemi aradan qaldırmağa çalışacaqlar.

Qeyd edək ki,xa0Şəki sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar. Xüsusilə də yaz aylarında, yağışlar dövründə bulaqlardan su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Su nə təmizlənmir, nə sterlizə olunmur. Ümumiyyətlə, şəhərin su kanalizasiya sisteminin köklü dəyişilməsinə ehtiyac var. xa0

Sizə təqdim etdiyimiz bu fotolardan vəziyyətin necə acınacaqlı olduğunu görəcəksiniz:






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO