Şəhidin ailəsinə üçotaqlı mənzil verildi - FOTO

Şəhidin ailəsinə üçotaqlı mənzil verildi - FOTO

Hazırda oxunan: Şəhidin ailəsinə üçotaqlı mənzil verildi - FOTO

14547

Vətən müharibəsində şücaətlər göstərmiş və döyüşlərin birində ağır yaralanaraq şəhid olmuş çavuş Niyazi İsgəndərovun ailəsinin mənzil-məişət şəraitinin ağır olması səbəbindən ailənin yeni mənzillə təmin olunması məsələsi diqqətdə saxlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya bildiriblər ki, nazirliyin sosial tərəfdaşlarından olan “AS Group İnvestment” MMC şirkəti bu istiqamətdə dəstəyini göstərib.

Mingəçevir şəhərindəki yataqxanada yaşayan şəhid ailəsinə şirkət tərəfindən həmin şəhərdəki “Park Residence” yaşayış binasından 3 otaqlı mənzil hədiyyə edilib.

Şirkətin və nazirliyin nümayəndələri şəhidin ailəsi ilə görüşərək onlara mənzil sənədlərini təqdim ediblər. Yeni mənzilin tam təmiri və bütün lazımi avadanlıqlarla təchizatını da şirkət öz üzərinə götürüb.

Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il Aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənib və Vətən müharibəsi başlayan gündən də döyüşlərə qatılıb. Oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə İsgəndərov Niyazi Şahvələd oğlu “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailəsinə aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib və ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO