Xüsusi karantin rejimi dövründə dövlət və özəl təşkilatların əməkdaşları üçün www.icaze.e-gov.az portalına 139 min 63 qurum müraciət edib. İcazə verilən vətəndaşların sayı 1 milyon 279 min 123 nəfər, nəqliyyat vasitələrinin sayı isə 484 min 238 olub.
Bizim.Media xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
MÖVZU İLƏ BAĞLI:
Yenidən SMS icazələr gəlir - İki gün sonra hansı qərarlar veriləcək?
F.Cəfərov bildirib ki, gündəlik ehtiyaclar və təxirəsalınmaz zəruri hallarda icazələrin alınması üçün 8103 SMS icazə sisteminə 5 milyon 715 min 699 nəfər müraciət edib.
8103 qısa nömrəsinə 112 milyon 561 min 379 SMS göndərilib. Həmin SMS-lərdən 95 milyon 105 min 177-nə müsbət cavab verilib.
Bizim.Media