Şabranda 3 nəfərin öldüyü qəza yerindən FOTOLAR - ÖZƏL

Şabranda 3 nəfərin öldüyü qəza yerindən FOTOLAR - ÖZƏL

Hazırda oxunan: Şabranda 3 nəfərin öldüyü qəza yerindən FOTOLAR - ÖZƏL

145339

Şabran rayonu ərazisində baş verən dəhşətli qəza bu gün səhər  Bakı-Quba-Rusiya sərhədi yolunun 124-cü km-də baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı sakini, hazırda Abşeron rayonunda yaşayan 43 yaşlı Kamil Talışinskinin etibarnamə ilə idarə etdiyi "Mercedes Escape" markalı avtomobillə Quba istiqamətinə gedərkən avtomaşın idarəetmədən çıxaraq aşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda ağır qəza: 3 ölü var


Nəticədə avtomobildə olan sərnişinlərdən 3-ü - Bakı sakinləri, 17 yaşlı İsbat Səlimov, 44 yaşlı Məhərrəm Həsənov və  Sumqayıt şəhər sakini 56 yaşlı İlham Əliyev yerindəcə ölüblər.

Sürücü Kamil Talışinski və digər sərnişin, 24 yaşlı Bakı sakini Əli Səfərov isə Şabran rayon xəstəxanasına çatdırılıblar. Qəzaya uğrayanlar Nabrana istirahətə gedirlərmiş.

Qəzanı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və təhqiqat şöbəsi araşdırır.

Şöbədə qəza ilə bağlı cinayət işi açılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO