Füzuliyə keçmək istəyən 3 nəfər saxlanıldı

Füzuliyə keçmək istəyən 3 nəfər saxlanıldı

Hazırda oxunan: Füzuliyə keçmək istəyən 3 nəfər saxlanıldı

14531

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

 

MÖVZU İLƏ BAĞLI:

Füzuliyə icazəsiz gedən 9 nəfər saxlanıldı

​​​​​​​
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO