Ümumrespublika təmizlik aksiyaları davam edir - FOTO 

Ümumrespublika təmizlik aksiyaları davam edir - FOTO 

Hazırda oxunan: Ümumrespublika təmizlik aksiyaları davam edir - FOTO 

145275

Bu gün Xəzər dənizinin Hövsan, Giləzi sahillərində, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindəki hissəsində, Köndələnçay sahillərində, o cümlədən meşəlik ərazilərdə təmizlik aksiyaları keçirilib. 

Bizim.Media xəbər verir ki, nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, sakinlərin, könüllülərin, tərəfdaş qurumların iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə iki tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb. 

Dəfələrlə təmizlik aksiyalarında iştirak etdiyini bildirən "Nargis" jurnalının icraçı direktoru Müjgan Qafarzadə vətəndaşların çağırışlardan nəticə çıxarmadığına təəssüfləndiyini bildirib:

"Tez-tez dənizə getməsəm də, gələrkən belə mənzərə ilə qarşılaşanda dəniz sahilinə üz tutmaq haqqında düşünmürəm. Çünki vəziyyət o qədər acınacaqlıdır ki, insan nəinki dəniz sahilinə gəlmək heç onun ətrafından belə keçmək istəmir. Çağırışlarımıza istədiyimiz cavabları almasaq da, ümidimizi itirmirik.

Ümid edirik ki, bu qədər aksiya, bu qədər çağırış boşuna olmayacaq. Hər birimiz nəinki dəniz sahillərinin, istirahət etdiyimiz bütün məkanların təmizliyinə riayət etməliyik. Hər birimiz bir-birimizin istirahət, təmiz ətraf mühitdə dincəlmək hüquqlarını pozmamalıyıq. Ölkəmizin ətraf mühitinin mühafizəsi vəzifəsindən, peşəsindən yaşından asılı olmayaraq hər bir kəsin borcudur". 

Təmizlik aksiyalarında mütəmadi olaraq iştirak etməyə çalışdığını deyən ekokönüllü Firəngiz Hüseynova bildirib ki, yay mövsümündə dəniz və çay sahilləri, meşə əraziləri daha çox çirklənməyə məruz qalır:

" Həqiqətən çox bərbad vəziyyətlə qarşılaşırıq. Ekokönüllülər olaraq çox əziyyət çəkirik. Tonlarla tullantı toplanır. Təmizlədiyimiz ərazilərin yenidən çirkləndirildiyini görəndə bir növ çəkdiyimiz əziyyətə heyfimiz gəlir. Bir nüansı da xüsusi qeyd etmək istərdim.
Elə tullantılar var ki, meşə ərazilərində Günəş şüalarının təsirindən alışmaya və yanğına səbəb ola bilər. Ona görə də hər birimiz maksimum diqqətli olmalı, istirahət etdiyimiz məkanlarda tullantı qoyub getməməli, gətirdiyimiz nə varsa özümüzlə geri aparmalıyıq. Ümidvaram ki, mesajimiz öz nəticəsini verəcək". 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO