Şəhid övladları Türkiyədə təhsil alacaq - Danışıqlar aparıldı

Şəhid övladları Türkiyədə təhsil alacaq - Danışıqlar aparıldı

Hazırda oxunan: Şəhid övladları Türkiyədə təhsil alacaq - Danışıqlar aparıldı

14527

Türkiyəyə səfərimizin məqsədlərindən biri də Azərbaycanın “YAŞAT” Fondu ilə eyni vəzifələri daşıyan Türkiyənin vəqflərı arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu sahədə uğurlu və məhsuldar görüşlər keçirdik.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Yeni doğulan daha bir şəhid övladının adına hesab açıldı - FOTOLAR


Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığına diqqəti çəkən dövlət agentliyinin rəhbəri deyib ki, o cümlədən şəhid övladlarının Türkiyədə təhsil alması və qazilərin müalicəsi ilə bağlı danışıqlar aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, səfər çərçivəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə keçirilən görüşdə də “YAŞAT” Fondunun strateji məqsəd və məramları barədə müfəssəl məlumat vermək fürsəti olub.(Azertac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO