FHN meşə yanğını ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ 

FHN meşə yanğını ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: FHN meşə yanğını ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ 

145246

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

FHN Xızıda baş verən meşə yanğını ilə bağlı MƏLUMAT YAYDI - VİDEO


Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO