İcbari sığorta ilə edilən ürək-damar əməliyyatının sayı AÇIQLANDI

İcbari sığorta ilə edilən ürək-damar əməliyyatının sayı AÇIQLANDI

Hazırda oxunan: İcbari sığorta ilə edilən ürək-damar əməliyyatının sayı AÇIQLANDI

145188

Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub. Cari il ərzində bu rəqəm 16 mindən çoxdur. 

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlar departamentinin rəhbəri Hikmət İbrahimli “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransdakı çıxışında deyib. 

O qeyd edib ki, bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatları artıq yerli cərrahlarımız tərəfindən icra edilir. Bu ildən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən rayon mərkəzi xəstəxanalarının bir çoxunda ürək-damar cərrahiyyəsi mümkündür. İlin əvvəlində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar şöbələri yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO