Arvadını tüfənglə yaralayan Şəmkir sakini SAXLANILIB 

Arvadını tüfənglə yaralayan Şəmkir sakini SAXLANILIB 

Hazırda oxunan: Arvadını tüfənglə yaralayan Şəmkir sakini SAXLANILIB 

145148

İyulun 7-i saat 21:30 radələrində Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Şəmkir rayon prokurorluğundan bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə kişi həyat yoldaşını güllələyib


Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsun Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. 

Fakta görə Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO