Şəkidə avtoxuliqan SAXLANILIB - VİDEO 

Şəkidə avtoxuliqan SAXLANILIB - VİDEO 

Hazırda oxunan: Şəkidə avtoxuliqan SAXLANILIB - VİDEO 

145145

Şəki Dövlət Yol Polisi əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan, insanların həyat və sağlamlığına real təhlükə yaradan daha bir avtoxuliqanı saxlayıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi, polis baş leytenantı Tural Niftalıyev məlumat verib.  

Belə ki, DYP əməkdaşları avtoxuliqanlıq hərəkətləri edən, özünün bu hərəkətlərini sosial şəbəkələrdə paylaşaraq təbliğ edən, Şəki rayonu Qoxmuq kənd sakini, Elbrus Bilalovu saxlayıb. Dərhal sənədləşdirilərək Şəki Rayon Məhkəməsinə göndərilən materiala baxılıb. 
Məhkəmə tərəfindən həmin şəxsin sürücülük hüququnu 1 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati həbs olunması barədə qərar qəbul edib.  
 


 
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO