Xaçmazda atlını maşınla vuran şəxsin kimliyi MƏLUM OLUB - FOTO

Xaçmazda atlını maşınla vuran şəxsin kimliyi MƏLUM OLUB - FOTO

Hazırda oxunan: Xaçmazda atlını maşınla vuran şəxsin kimliyi MƏLUM OLUB - FOTO

145140

Bu gün Xudat-Nabran yolunun Xaçmazın Vələmir kəndindən keçən hissəsində atlını vurub öldürən sürücünün kimliyi bəlli olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Şabranın Aygünlü kəndində qeydiyyatda olan,hazırda Xaçmaz rayonunun Susayqışlaq kəndində yaşayan, 33 yaşlı Hacıbaba Əli oğlu Xanbutayev idarə etdiyi "Nissan-X-trail" markalı avtomobillə Nabran istiqamətinə gedərkən yolun hərəkət zolağına daxil olan atlını vurub.  

Xaçmaz rayonunun 3-cü şöbə kəndində yaşayan 38 yaşlı Bəhruz Bayramov hadisə yerində ölüb. 

Faktla bağlı DİN-nin Baş İstintaq və təhqiqat idİdarəsinin Yol Nəqliyyat hadiisələrinə Dair İşlər üzrə istintaq və təhqiqat şöbəsində CM-nin 263.2 maddəsilə cinayət işi açılıb. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO