Özünü öldürmək istəyən səs rejissorundan AÇIQLAMA – “Elə məqamdayam ki...” 

Özünü öldürmək istəyən səs rejissorundan AÇIQLAMA – “Elə məqamdayam ki...” 

Hazırda oxunan: Özünü öldürmək istəyən səs rejissorundan AÇIQLAMA – “Elə məqamdayam ki...” 

145072

Ötən gün yaşadığı evdə özünü öldürmək istəyən səs rejissoru Namiq Zeynalovdan xəbər var. Qeyd edək ki, Namiq Zeynalov Binəqədi rayonundakı evində intihara cəhd edib. 1984-cü il təvəllüdlü Zeynalov Namiq Piri oğlu yaşadığı evdə özünü asıb. O, yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Səs rejissorunun intihara cəhd səbəbi hələlik məlum deyil.

Bizim.Media-ya açıqlama verən Namiq Zeynalovun özü də bu barədə danışmaq istəməyib:

“Hazırda elə məqamdayam ki, açıqlama vermək halında deyiləm. Reanimasiyadan yeni çıxmışam. Özümə gəlməyə çalışıram”, - deyə Namiq Zeynalov əlavə edib. 

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) isə saytımızın sorğusuna cavab olaraq bildirilib ki, 1984-cü il təvəllüdlü vətəndaş 06.07.2023-cü il tarixində saat 18:24 radələrində Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Ona zəruri tibbi xidmətlər göstərilib. 07.07.2023-cü il tarixində evə buraxılıb.

Qeyd edək ki, Namiq Zeynalov səs studiyasının sahibidir. O, uzun illər İctimai Televizya və Radio yayımları şirkətində işləyib. Hazırda o, Azərbaycan Dövlət Televizyasında səs rejissoru kimi fəaliyyət göstərir.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO