MN-in Hərbi Polis İdarəsində toplanış KEÇİRİLDİ - FOTO

MN-in Hərbi Polis İdarəsində toplanış KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: MN-in Hərbi Polis İdarəsində toplanış KEÇİRİLDİ - FOTO

145037

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində təlim-metodiki toplanış keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi Polis İdarəsinin tabeliyindəki hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən toplanışda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Toplanışda cari ilin birinci yarımilində hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi və digər tapşırıqlar üzrə məruzələr dinlənilib, həmçinin növbəti tədris dövründə icra ediləcək tədbirlər barədə müzakirələr aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun növbəti tədris dövrü ərzində xüsusilə azad edilmiş ərazilərdə hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Sonda atəş hazırlığı üzrə nümayiş məşğələsi toplanış iştirakçılarına təqdim edilib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO