138 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata ALINDI 

138 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata ALINDI 

Hazırda oxunan: 138 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata ALINDI 

144922

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2.5 milyona yaxın notariat hərəkəti aparılıb. 

Bizim.Media Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, bu barədə nazirliyin kollegiya iclasında bildirilib. 

Məlumata görə, iclasda 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilib.

Bu əməliyyatlarla ümumilikdə 6.6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb. 
O da qeyd olunub ki, cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO