"İki gün öncə Qubanın dağ kəndlərinə düşən dolunun gətirdiyi güclü selin fəsadları daha çox olub və yolların, körpünün bərpası hələ başa çatmayıb".
Bizim.Media-nın bölgə müxbirinə bu barədə Quba 11 saylı xüsusi təyinatlı yol istismar idarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün də səhər saat 6-dan bərpa işləri davam etdirilir.
"Bu gün Cimi kənd yolunun da təmizlənməsinə başlanılıb. Hazırda bütün texnikalar Çayqovuşan-Yerfi, Qayadalı,Talış, Cimi kəndləri ərazisindəki yollarda işləyir. Bərpa işləri günün sonunadək davam edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu