Avtoxuliqanlıq edən şəxs sürücülükdən məhrum EDİLDİ - FOTO

Avtoxuliqanlıq edən şəxs sürücülükdən məhrum EDİLDİ - FOTO

Hazırda oxunan: Avtoxuliqanlıq edən şəxs sürücülükdən məhrum EDİLDİ - FOTO

144809

Sosial şəbəkələrdə Sabirabad rayonu ərazisində “VAZ 2107” markalı avtomobilin sürücüsünün toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən görüntülər paylaşılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən qayda pozuntusunu törədən rayonun Qaragüney kənd sakini Vüqar Əhmədzadə müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

Burada onun barəsində inzibati qaydada protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə V.Əhmədzadə sürücülük hüququndan 1 illik məhrum edilməklə 500 manat məbləğində cərimə olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO