Bakıda əyləci tutmayan avtobus 9 maşını ƏZDİ - VİDEO

Bakıda əyləci tutmayan avtobus 9 maşını ƏZDİ - VİDEO

Hazırda oxunan: Bakıda əyləci tutmayan avtobus 9 maşını ƏZDİ - VİDEO

144735

DİN-in Baş DYP İdarəsi dünən paytaxt ərazisində avtobusun iştirakı ilə baş vermiş zəncirvari qaza barədə açıqlama yayıb.

Bizim.Media BDYPİ-dən verilən məlumata istinadən xəbər verir ki, dünən paytaxtın S.S.Axundov küçəsində “Azadlıq” metro stansiyasının çıxışında “Daewoo” markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbindən yol nəqliyyat hadisəsi baş verib, ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəyib.

Təəssüflər olsun ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişin daşıma hallarına tez-tez rast gəlinir.

Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlanılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO