BİZİM TƏQVİM: 6 iyulda hansı tarixi şəxsiyyətlər dünyaya gəlib?

BİZİM TƏQVİM: 6 iyulda hansı tarixi şəxsiyyətlər dünyaya gəlib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 iyulda hansı tarixi şəxsiyyətlər dünyaya gəlib?

144724

1918-ci il iyulun 6-da Gəncədə ilk radiostansiya fəaliyyətə başladı. Bu, əslində Azərbaycanda radionun fəaliyyətə başlama tarixi sayıla bilər.Gəncə radiostansiyası həmin dövrdə Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətilə bağlı efirə vaxtaşırı informasiyalar verirdi. 

Bəs, iyulun 6-da dünyada daha nələr olub?

1. Osmanlı dövləti Misiri ələ keçirdikdən sonra Hicazda Həzrəti Məhəmmədə aid "Müqəddəs əmanətlər" Qahirəyə gətirilərək 1517-ci ilin 6 iyulunda Sultan Səlim Yavuza təslim edildi. Osmanlı sultanı özünə "Məkkə və Mədinənin qoruyucusu" adını götürdü.

2. 1785-ci il 6 iyulda ABŞ konqresi milli valyutanı dollar ($) adlandırmağı qərara aldı. Bu gün isə Amerika dolları dünyanın, demək olar ki, bütün ölkələrində beynəlxalq valyuta kimi döviyyədədir. 

3. Fransız alimi Lui Paster tərəfindən kəşf edilən quduzluq peyvəndi ilk dəfə 1885-ci ilin bu günü tətbiq olundu və müvəffəqiyyət qazandı.   

4. 1931-ci ildə Azərbaycan radiosunda ilk notlu “Şərq” çalğı alətləri orkestri yaradıldı. Görkəmli bəstəkarlar Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin səyləri nəticəsində yaradılan bu kollektiv hazırda Azərbaycan Televiziyası və Radiosu qurumunun Xalq Çalğı Alətləri Orkestri adı ilə fəaliyyət göstərir.

5. 1926-cı ilin 6 iyulundan Bakı-Sabunçu dəmir yolu elektrikləşdirildi. Bu, Azərbaycan ərasizində ilk elektrik dəmiryol xətti idi. 

6. 6 iyul 2009-cu ildə Sincan Uyğur Muxtar Bölgəsində Çin şovinist təhlükəsizlik qüvvələri uyğurlara hücum etdi. Qarşıdurmalarda çox sayda uyğur türkü həyatını itirdi.

6 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1415-ci ilin bu günü inkvizisiyanın hökmü ilə çex xalqının milli qəhrəmanı, çex islahatının ideoloqu Yan Qus tonqalda yandırılıb.  Yan Qusun edamı Çexiyada xalq üsyanlarının başlanmasına səbəb oldu (1342-1415).

2. 1535-ci ilin 6 iyulunda görkəmli ingilis filosofu, hüquqşünas və dövlət xadimi Tomas Mor edam edilib. O, dini əqidəsinə görə kral VIII Henriyə and içməkdən imtina etdiyi üçün edam olunub.

3. Azərbaycan jurnalisti, tarixçi, Səttarxan hərəkatının fəal iştirakçılarından biri Mahmud Qənizadə 1878-ci il 6 iyulda Səlmas şəhərində anadan olub.  1907-ci ildə Urmiyada “Fəryad” qəzetini nəşr etdirən, İran inqilabı dövründə Səttarxanın şəxsi katibi, Təbriz Əncüməninin üzvü və “Əncümən” qəzetinin redaktoru olan M.Qənizadə 1909-cu ildə irticanın təqibi nəticəsində Avropaya köçüb. 1925-ci ildə vətənə qayıdıb, Təbrizdə demokratik ideyalı “Səhənd” qəzetinin nəşrinə başlayıb.

4. 6 iyul 1940-cı ildə Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayev anadan olub. 

5. 1943-cü ilin bu günündə tanınmış opera müğənnisi, Azərbaycan və SSRİ Xalq artisti Tamara Sinyavskaya anadan olub.

6. 6 iyul 1946-cı ildə ABŞ-ın 43-cü Prezidenti Corc Uoker Buş anadan olub. C.Buş (oğul) 2001-ci il yanvarın 20-dən 2009-cu il yanvarın 20-dək dövlət başçısı vəzifəsində xidmət edib. 

7. 1946-cı ilin bu günündə Amerikalı məşhur aktyor, rejissor və prodüser Silvester Stallone anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO