Qubada sakinlərə dəyən zərərlə bağlı müvafiq işlərə BAŞLANILDI - FOTO

Qubada sakinlərə dəyən zərərlə bağlı müvafiq işlərə BAŞLANILDI - FOTO

Hazırda oxunan: Qubada sakinlərə dəyən zərərlə bağlı müvafiq işlərə BAŞLANILDI - FOTO

144714

Ötən gün Qubanın dağlıq Yerfi kəndi istiqamətində doludan sonra gələn güclü sel yollarla yanaşı sakinlərin mağaza və evlərinə də ziyan verib.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, rayonun Söhüb, Qarxun, Rük kəndlərində çaykənarı yerləşən evləri su basıb. 

Söhübçayın və Qaraçayın daşması yollarda hərəkəti iflic edib, sakinlər üçün problem yaşanıb.

Quba İH başçısının səlahiyyətlərini icra edən, rayon FHK-nın sədri Tariyel İbrahimov məlumat verib ki, sakinlərə dəyən zərərin dəqiqləşdirilməsi istiqamətində iş başlanılıb. Fərdi olaraq hər sakinə dəyən zərər aktlaşdırılır və mərkəzi qurumlara rəsmi məlumat verilir. Hazırda sel dağıtmış dağ kənd yollarının bərpası işləri də davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO