ANAMA əməkdaşları Füzulidə qəzaya DÜŞDÜ

ANAMA əməkdaşları Füzulidə qəzaya DÜŞDÜ

Hazırda oxunan: ANAMA əməkdaşları Füzulidə qəzaya DÜŞDÜ

144713

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə yol qəzasına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iyulun 5-də Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO