Məktəb direktoruna cinayət işi başlanıldı - SƏBƏB

Məktəb direktoruna cinayət işi başlanıldı - SƏBƏB

Hazırda oxunan: Məktəb direktoruna cinayət işi başlanıldı - SƏBƏB

144702

Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO