BİZİM TƏQVİM: 5 iyulda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM: 5 iyulda baş vermiş TARİXİ HADİSƏLƏR

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 iyulda baş vermiş TARİXİ HADİSƏLƏR

144526

5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun iclasında keçmiş Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə büroda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsinə çalışsalar da, N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bunun qarşısı alınıb.

Bununla belə, Qafqaz Bürosunun qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində vilayət muxtariyyəti verilməsi qeyd olunub.

Bəs, iyulun 5-də dünyada daha nələrə olub?

1. 1687-ci ilin bu günündə Nyutonun prinsipləri nəşr olunub.

2. 5 iyul 1811-ci ildə Venesuela Latın Amerikasındakı İspaniya müstəmləkələri içərisində birinci olaraq müstəqilliyini elan edib.

3. 1841-ci ilin 5 iyulunda Tomas Kuk dünyada ilk turizm agentliyini açıb.

4. 1918-ci il iyulun 5 və 6-da Qafqaz İslam Ordusu qüvvələri ilə Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin Qırmızı Ordu hissələri arasında Ağsu ətrafında döyüş baş verib. Düşmən qüvvələrinin müqavimətini qıran Qafqaz İslam Ordusu Ağsuya daxil olub.  Qeyd edək ki, Ağsu döyüşü Qaraməryəm savaşında qazanılmış qələbəni möhkəmləndirib.

5. 1921-ci ilin 5 iyulundan İtaliya öz qoşunlarını Anadoludan çıxarmağa başlayıb. Çünki o vaxt Mustafa Kamal Paşanın rəhbərlik etdiyi qoşunlar müdaxiləçilərə bir-birinin ardınca təsirli zərbələr endirirdilər. Osmanlı-türk ordusunun bu uğurları göstərib ki, bir qədər əvvəl imzalanmış Sevr müqaviləsi öz əhəmiyyətini itirməkdədir.

6. 5 iyul 1939-cu ildə Hatay dövlətinin Məclisi səs çoxluğu ilə Türkiyə dövlətinə birləşmə qərarı verib.

7. 5 iyul 1943-cü ildə II Dünya müharibəsində həlledici mərhələlərdən olan Kursk döyüşü başlayıb. Hitler tərəfindən təsdiqlənən “Qala” adlı hücum planının icrasına faşistlərin elit qüvvələri, o cümlədən böyük tank qoşunları cəlb olunmuşdu.
Avqustun 23-dək sürən döyüş almanların məğlubiyyəti ilə nəticələndi. Faşistlər 500 min nəfərədək canlı qüvvə itirmişdi.

8. 1962-ci il 5 iyulda Fransa prezidenti Şarl de Qoll Əlcəzairin müstəqilliyini qəbul etməli oldu. Bir əsrdən çox Fransanın müstəmləkəsi olan Əlcəzairdə fransız dili bu günədək əhəmiyyətini itirməyib və etnik qruplar arasında hələ də əsas ünsiyyət vasitəsi olaraq qalır.

9. 5 iyul 1975-ci ildə Atlantik okeanında, Afrikanın qərb sahilləri yaxınlığında yerləşən Kabo-Verde respublikası yaradıldı. 

10. 1971-ci ilin 5 iyulunda ABŞ-da 18 yaşdan yuxarı şəxslərə seçki hüququ verilib.

11. İran-Kontra qalmaqalının “baş qəhrəmanı”, Amerika Birləşmiş Ştatlarının İrana qeyri-qanuni silah satışını idarə edən podpolkovnik Oliver Norta 1989-cu ilin 5 iyulunda 3 il həbs cəzası kəsildi.

12. 5 iyul 1993-cü ildə terror təşkilatı PKK-nın bir qrup üzvü Ərzincanın Başbağlar kəndini basqın, 33 vətəndaşı gülləyə düzərək və yandıraraq qətl etdi.

13. 1996-cı ilin 5 iyulunda ilk klonlanan canlı – Dolli adlı qoyun dünyaya gəldi. Bütün həyatını Şotlandiyanın Edinburq Araşdırma İnstitutunda keçirməli olan Dolli 6 bala doğduqdan sonra 2003-cü ildə öldü.

14. Azərbaycan prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə respublikada Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

15. 2011-ci ilin bu günündə Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı açılıb. Qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 579 nümayəndə, habelə dünyanın 30 ölkəsindən 211 qonaq iştirak edib.  

5 iyulda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İctimai-siyasi xadimi, publisist, Xalq Cümhurriyyəti Nazirlər Şurasının sədri (1919–1920), Cümhurriyyətin daxili işlər; maarif və dini etiqad; xalq maarifi; maliyyə və xalq maarifi naziri olmuş Nəsib bəy Yusifbəyli 5 iyul 1981-ci ildə anadan olub.

2. Azərbaycan aktyoru, əməkdar artist Əzizağa Qasəmov 5 iyul 1928-ci ildə dünyaya gəlib.

3. Azərbaycan bəstəkarı, xalq artisti Ağabacə Rzayeva 5 iyul 1975-ci ildə vəfat edib.

4. Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov 5 iyul 1994-cü ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO