Nazirlik hava ilə bağlı xəbərdarlıq etdi:

Nazirlik hava ilə bağlı xəbərdarlıq etdi: "Ehtiyatlı olun"

Hazırda oxunan: Nazirlik hava ilə bağlı xəbərdarlıq etdi: "Ehtiyatlı olun"

14444

"Havanın dəyişəcəyi ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq".

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dənizdə təhlükəsizlik tədbirləri gücləndirilir - SOS


Onun sözlərinə görə, mart qeyri-sabit keçən aydır, bu ayda dəyişkən hava hadisələri gözləniləndir:

"Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamasınlar, ən əsası uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar.

Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO