Zəlzələ ilə bağlı təcili tibbi yardıma neçə nəfər müraciət edib?

Zəlzələ ilə bağlı təcili tibbi yardıma neçə nəfər müraciət edib?

Hazırda oxunan: Zəlzələ ilə bağlı təcili tibbi yardıma neçə nəfər müraciət edib?

144435

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Mənbə bildirir ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub:

"Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO