Yaxşı dil kurslarını necə ayırd etmək olar? – Ekspertdən VACİB TÖVSİYƏLƏR

Yaxşı dil kurslarını necə ayırd etmək olar? – Ekspertdən VACİB TÖVSİYƏLƏR

Hazırda oxunan: Yaxşı dil kurslarını necə ayırd etmək olar? – Ekspertdən VACİB TÖVSİYƏLƏR

144349

Keyfiyyətli xarici dil kursu tapmaq müşkül məsələyə çevrilib. Ya qiymətlər baha, ya da vədlər yalan olur. 

Ucuz ətin şorbası olmur?

Xüsusilə də, yay tətili günlərində tələbələr vaxtlarını dil öyrənməyə sərf etmək istəsələr də məqsədlərinə nail ola bilmirlər. Çünki əksəriyyət həm keyfiyyətli, həm də ciblərinə münasib olan uyğun kurs tapmaqda xeyli əziyyət çəkir. 

Təəssüflər olsun ki, nəticəni görmək də bəzən böyük zaman alır. Bir neçə ay kursa getdikdən sonra anlayırsan ki, həm əziyyətin, həm də pulun havayı gedib.

Belə olan halda ortaya bir sual çıxır:

Dil kursunun yaxşısını pisdən necə ayırd etmək olar?

Sualı Bizim.Media üçün cavablandıran təhsil eksperti Elmin Nurinin sözlərinə görə, ölkəmizdə 2020-ci ilə qədər dil kurslarının sayı indikindən bir qədər çox olub.
 

MÖVZU İLƏ BAĞLI:

Özəl kurslarda çalışan müəllimlər testdən keçirilirmi? – ARAŞDIRMA 


“Pandemiya dönəmində dil kurslarının sayı xeyli azalmışdı. Onlayn fəaliyyət göstərə bilənlər  özlərini qoruyub saxlaya bildilər, bu sistemi qura bilmiyənlər isə fəaliyyətlərini dondurmalı oldular. Təbii ki, pandemiya müddəti bitəndən, artıq icazələr alınandan sonra  bir çox kurslar fəaliyyətini bərpa etmiş oldular ya da yeni kurslar yaranmış oldu”.

Ekpertin sözlərinə görə, istər pandemiyadan əvvəl, istərsə də indi bu sahədə bir çox mənfi tendensiyalar müşahidə olunmaqdadır:

“Ümumilikdə, dil kursları 3 yerə bölünür. Birinci qrupa beynəlxalq dil kurslarının Azərbaycanda olan filialları, ikinci qrup sırf dil hazırlığı ilə məşğul olan, üçüncü qrupa isə hazırlıq mərkəzlərinin tabeliyində olan əlavə dil kursları aiddir. Təlabat məsələsinə gəldikdə isə indi aydan-aya gündən günə təlabat hədsiz artır. Əmək bazarı bakalavriat və magistr diplomu ilə yanaşı dil sertifikatı, dil bilgisi tələb edir ki, bu da kurslara tələbatı artıran amillərdəndir. İqtisadiyyatın əsas qolu olan tələb və təklif meyarları ilə də bir çox dil kursları 2020-ci ilə qədər ucdan tutma yaranmaqda idi. 

Çatışmazlıqlar isə hələ də davam edir. Bunlardan birincisi odur ki, orda dərs deyən və dil hazırlığı ilə məşğul olan müəllimin bilik bacarıq göstəricisi, peşəkarlıq səriştəsi bir çox hallarda yoxlanılmır.  

Kursların əksərində ingilis və digər dil ixtisaslarda, bəzən isə bu  sahə üzrə təhsil almayan tələbələr və ya 3 və dördüncü kurs bəzən isə 2-ci kursda təhsil alan tələbələri “müəllim” adı ilə işə götürürlər. 

Hazırda müşahidə aparsaq, görərik ki, kursların faydalılıq səviyyəsi də azalıb. Əslində bunun bir səbəbi də sahibkarlarin ucuz işçi qüvvəsi gətirmək niyyəti olub. Məsələn bir rəhbər peşəkar gətirməkdən ötrü daha çox qonorar və faiz güzəştinə getməlidir. Buna görə də ucuz işçi qüvvəsi ilə daha münasib şəkildə işləməyi üstün tuturlar. Ancaq nəzərə almırlar ki, bununla müştərilərin güvənini və sayını azaldırlar. Ucuz işçi qüvvəsi kimi baxdıqları “müəllimlər” onların sonunu gətirmiş olur. 

Buna görə də təklif edirəm ki, dil kurslarının müəllimləri çox ciddi sınaq və imtahanlardan keçdikdən sonra müəllim kimi işə dəvət olunmalıdırlar. Bunu edənlar də formal şəkildə edir. 

Özünə ucuz işçi qüvvəsi axtaran kurslar müştəri məmnuniyyətini düşünmür, əvvəlcə öz maddiyyatını fikirləşirlər. Amma bu nə normal insanı, nə də marketinq münasibətidir. Marketinq prinsiplərində belə onlar uduzmuş sayılırlar. Bizdə sırf bu kimi səbəblərdən dolayı dil kurslarında problemlər həddindən artıq çoxdur. 

Sadaladıqlarımız problemlərin 90 faizini təşkil etsə də, bununla  yanaşı digər problemlər var. Buna həddindən artıq şişirdilmiş qiymətlər, lazımsız proqramlarla tədrisin keçirilməsi və s. aiddir”. 

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO