Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb? - AÇIQLAMA 

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb? - AÇIQLAMA 

Hazırda oxunan: Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb? - AÇIQLAMA 

144304

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 24-dən iyulun 2-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilib. 

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub. 

Ümumilikdə bayram günlərində 2358 reys həyata keçirilib, 70 min 35 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. 

Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb. Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub.
Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

4773 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO