Gənc alim və mütəxəssislər Şəkidə bir araya GƏLDİ - FOTO

Gənc alim və mütəxəssislər Şəkidə bir araya GƏLDİ - FOTO

Hazırda oxunan: Gənc alim və mütəxəssislər Şəkidə bir araya GƏLDİ - FOTO

144233

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində gənc alimlərin “İnnovativ ideya düşərgəsi” keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gənclər qarşısında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, düşərgənin əhəmiyyətindən, gənc alimlərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən danışıb.

Natiq Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsinin gənc alimlərin inkişafına təkan verəcəyini qeyd edib.

Diqqətə çatdırılıb ki, gənclər üçün təşkil edilən yay düşərgələri ötən il respublikanın müxtəlif bölgələrində 3 fərqli istiqamətli keçirilib. 
Görüşdə AMEA-nın Gəncə Bölməsinin, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun, Coğrafiya İnstitutunun, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Bakı Dövlət Universitetinin gənc alimləri çıxış edərək belə bir düşərgənin təşkili üçün minnətdarlıqlarını bildiriblər.

Düşərgə çərçivəsində müxtəlif treninqlər, diskussiyalar, idman və intellektual yarışlar keçirilib.

Qeyd edək ki, akademik İsa Həbibbəyli AMEA-nın Şəki Regional Elmi Mərkəzini də ziyarət edib, qurumun iş şəraiti və elmi fəaliyyəti ilə tanış olub.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO